Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində şəhərin, həmçinin Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB