BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. SİA-nın aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük və 5 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Beynəlxalq təşkilata məxsus avtomobillərin yük yerində dərman preparatları olub.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə BQXK-yə məxsus ümumilikdə 11 avtomobil maneəsiz hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə