İstanbul-Tokio reysini həyata keçirən “Türk Hava Yolları”na məxsus hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Boeing 777” təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.
Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB