“Azəriqaz”: Dəm qazından zəhərlənmələr kəskin azalıb

“Azəriqaz”: Dəm qazından zəhərlənmələr kəskin azalıb

Azərbaycanda son 12 ildə dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı kəskin azalıb. SİA xəbər verir ki, bunu Azəriqaz İB-nin inzibati binasında keçirilən "Açıq qapı" aksiyasında İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib.

Azəriqaz-ın şöbə müdiri qeyd edib ki, 2022-ci ildə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində dəm qazından zəhərlənmə və partlayış tipli qəza hadisələrin sayı 280 civarında olub, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir. 2011-ci ildə bu göstərici 1 000-ə yaxın olub.

İlkin Behbudov onu da əlavə edib ki, Bakı-Abşeron zonasında qaz abonentlərinin sayı da xeyli artıb. Belə ki, 2011-ci ildə Bakı və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici 1 milyon 270 min təşkil edib. Həmin dövrdə regionlar üzrə də abonent sayında ciddi artım olub- 600 mindən 1 390 minə çatıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə