Uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırıldı

Uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

SİA-nın məlumatına görə, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən olunub.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə