“Avtobus zolaqlarının əhatə dairəsi genişləndiriləcək” - QURUM RƏSMİSİ AÇIQLADI

“Avtobus zolaqlarının əhatə dairəsi genişləndiriləcək” - QURUM RƏSMİSİ AÇIQLADI

Sərnişinlər ictimai nəqliyyatla bağlı çox zaman problemlər yaşayırlar. Hansı ki, son dövrlərdə bu problemlər daha da artıb. Mövzu ilə bağlı SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyi, Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə problemlər və görüləcək işlər barədə məlumat verib:

Sərnişindaşımada problemlər:

- Şəhərin müxtəlif ərazilərində qeyri-qanuni sərnişindaşımalar müntəzəm daşınmalara mənfi təsir;
-Avtobus zolaqlarına digər nəqliyyat vasitələrinin daxil olması və qanunsuz park etmə hallarının mənfi təsiri;
- Daşıyıcıların istismar xərclərinin artması ilə bağlı problemlərin olması;
-Şəhərətrafı bəzi ərazilərdə yol infrastrukturunun qənaətbəxş səviyyədə olmaması.

Görüləcək işlər:

- İstismar ili köhnə olan avtobusların xətlərdə kənarlaşdırılması və yeni gətirilən avtobusların mərhələli şəkildə marşrut xətləri üzrə istismara verilməsi;
-Avtobus zolaqlarının əhatə dairəsinin genişləndirilməsi;
-Nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi;
- Sərnişin tələbatı yaranacağı halda qəsəbələr və şəhərətrafı ərazilərə yeni marşrut xətlərinin təşkili və əhalinin ictimai nəqliyyata əlçatanlığın artırılması.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə