77 nömrəli marşurutlar niyə hələ də kart sisteminə keçmir? - QURUM RƏSMİSİ AÇIQLADI
“77 nömrəli marşrutun nağdsız ödəniş sisteminə keçməsi ilə bağlı bildiririk ki, aparılan bəzi texniki məsələlər ilə əlaqədar marşrutun nağdsız ödəniş sisteminə keçidində yubanmalar yaranmışdır”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.

Onun sözlərinə görə, əlavə olaraq daşıyıcı tərəfindən Agentliyə verilən rəsmi məlumata əsasən 77 nömrəli marşrut üzrə yeni nəqliyyat vasitələrinin istismara buraxılması nəzərdə tutulmuşdur: “Hazırda bu istiqamətdə müvafiq işlər aparılır və yeni nəqliyyat vasitələri də gətirildikdən sonra marşrutun nağdsız ödəniş sisteminə keçidi həyata keçiriləcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB