Ölkəmizin inkişafında gənclərin rolu nədən ibarətdir? - ARAŞDIRMA
Bu gün Azərbaycan gənci müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın əsl qürur və iftixarına çevrilib. Gənclərimizin siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətlərimiz bunları deməyə əsas verir. Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə ulu öndər tərəfindən 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.
Ölkəmizin inkişafında gənclərin rolu nə dərəcədədir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Gənclər təşkilatlarının təşəbbüslərinin, onların cəmiyyətin inkişafına yönəlmiş layihələrinin, həmçinin beynəlxalq əməkdaşlığının dövlət tərəfindən dəstəklənməsi gəncliyin dünya birliyinə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Bu gün gənclər təşkilatlarının fəaliyyəti ən ali səviyyədə qiymətləndirilir.
Azərbaycan gəncliyinin ölkəmizin bu günü və sabahı olduğunu nəzərə alaraq dövlətimiz tərəfindən müasir gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilməsi məqsədilə ölkəmizdə gənclər siyasəti sahəsində bir sıra aparıcı qurumlar fəaliyyət göstərir. Onlardan biri də Azərbaycan Respublikasının Gənclər fondudur.
Qeyd etmək lazımdır ki, artıq bir neçə il idi ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşklatlarının müxtəlif sahələri əhatə edən layihələrinə maliyyə dəstəyi göstərilir və həmin layihələrin icrasına yardım edilir.
Ekspertlərin fikrincə, Gənclər Fondunun yaradılması gənclər təşkilatlarının fəaliyyətinə və onların layihələrinə maliyyə dəstəyinin göstərilməsi işini daha da təkminləşəcək. Fondun yaradılmasında əsas ideya ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının milli və beynəlxalq miqyaslı strateji layihələrin keçirilməsinə dəstək verməkdir.
İlk dəfə Gənclər Fondu 1999-cu ildə İngiltərədə gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə yaradılmışdır. Bu gün Gənclər Fondu dünyada bir model kimi artıq İngiltərə ilə yanaşı dünyanın bir çox ölkələrində: Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Hindistan, Kanada, Balkan yarımadası ölkələrində həyata keçirilən bir gənclik konsepsiyasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva:"Azərbaycan gəncləri həyatlarının bütün inkişaf mərhələsində və fəaliyyət istiqamətində Fonda müraciət edərək yararlana biləcəyinin fərqindədir. Fond müasir Azərbaycan gəncinin yaxın “dostudur” ifadəsini işlətsək yanılmarıq.
Odur ki, həyata keçirilən uğurlu gənclər siyasəti sahəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənclər həyatlarının bütün inkişaf mərhələsində və fəaliyyət istiqamətində Fonda müraciət edərək yararlana bilərlər. Yeni fikir və ideyası olan gənclər, təhsil sahəsində dəstəyə ehtiyac duyan, beynəlxalq təcrübə qazanmaq istəyən, sosial-ictimai aktivlik nümayiş etdirmək istəyən, təcrübə qazanaraq karyerada ilk addımlar atmağı planlayan və s istiqamətlər üzrə müraciət edərək dəstək qazana bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan 16-29 yaş arası hər bir şəxs Fonda müraciət edə və Fondun onlar üçün mövcud olan imkanlarından faydalana bilərlər.
Fondun həyata keçirdiyi bir çox layihə və müsabiqələr var. Bunlardan fərdi layihələrin maliyyələşdirilməsini, beynəlxalq tədbirlərdə iştirak qrantını, beynəlxalq təcrübə proqramlarını, xaricdə təhsil proqramı, təhsil haqqı xərcinin qarşılanması, İdeyanı Planlaşdır, gənclər təşkilatlarının layihələrinin maliyyələşməsi üzrə qrant müsabiqələri, könüllülük proqramları və s. qeyd etmək olar. Fond tərəfindən həyata keçirilən hər bir fəaliyyətin əsas məqsədi müasir Azərbaycan gəncinin inkişafını təmin etməkdən ibarətdir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə