Türkiyə Təqaüdləri proqramına 2023-cü il müraciətləri başlayıb

Türkiyə Təqaüdləri proqramına 2023-cü il müraciətləri başlayıb

Dünyanın hər yerindən gələn beynəlxalq tələbələrə Türkiyədə təhsil imkanı təqdim edən Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) Türkiyə Təqaüdləri proqramına 2023-cü il müraciətləri başlayıb.

SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə YTB-dən məlumat yayılıb. Bildirilib ki, 1992-ci ildə “Böyük Tələbə Layihəsi” olaraq başladılan və 2012-ci ildə “Türkiyə Təqaüdləri” adı ilə müxtəlif ölkələrdən tələbələrə təhsil imkanı yaradan Türkiyənin rəsmi beynəlxalq tələbə təqaüd proqramına 2023-cü il müraciətləri başlayıb.

Təqaüd proqramına dünyanın bütün ölkələrindən bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən beynəlxalq tələbələr fevralın 20-dək “https://tbbs.turkiyeburslari.gov.tr/” ünvanından müraciət edə biləcəklər.

Qeyd edək ki, Türkiyə Təqaüd Proqramı; Universitet şöbəsinə yerləşdirmə, aylıq təqaüd, universitet təhsili, sağlamlıq sığortası, yataqxana, pulsuz peşə və akademiya proqramları, gediş-gəliş uçuş bileti imkanları ilə dünyanın ən əhatəli təqaüd proqramı kimi bilinir.

Bütün xəbərlər Facebook səhifəmizdə