Psixoloji problemi olan şəxslərlə davranışda nəyə diqqət etmək lazımdır? - PSİXOLOQ DANIŞDI

Psixoloji problemi olan şəxslərlə davranışda nəyə diqqət etmək lazımdır? - PSİXOLOQ DANIŞDI

“Psixoloji problemi olan insanları yaxşı tanımağımız lazımdır. Bu problem hər kəsdə ola bilər və heç kim bundan qaça bilməz. İnsanın həyatında baş vermiş hər hansısa bir hadisə özünü psixoloji problem kimi üzə verirsə, bu zaman ətrafdakı insanların üzərinə böyük məhsuliyyət düşür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, ətrafdakı insanlar psixoloji problemi olan şəxslə düzgün rəftar qaydalarına riayət etməlidirlər: “Məsələn, ona zərər verəcək zarafatlar edilməməli, iş yerində çox yüklənməməlidir. Müəyyən müddət ərzində həmin şəxsləri yaşanan problemlərdən kənarda saxlamaq məqbuldur.

Çox zaman psixoloji problemi olan şəxslə psixi problemi olan şəxs anlayışları qarışdırılır. Lakin psixoloji problemi olan şəxslə psixi problemi olan şəxslər biri-birindən fərqlənir. Çünki psixoloji problemi olan şəxslər bunun fərqində olurlar. Psixi problemi olan şəxslərdə isə bu belə deyil.
Hər iki halda onların peşəkar dəstək almaları mühümdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə