"Bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir" - QURUMDAN AÇIQLAMA VERİLDİ

"Bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir" - QURUMDAN AÇIQLAMA VERİLDİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarsı və rayonlararası marşutlar istiqamətində monitorinq aparılıb. Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir. Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. AYNA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə