Uşaqlara ölüm xəbərinin çatdırılması düzgündür? - PSİXOLOQ DANIŞDI

Uşaqlara ölüm xəbərinin çatdırılması düzgündür? - PSİXOLOQ DANIŞDI

“6 yaşdan kiçik uşaqlara ölüm xəbərinin çatdırılması düzgün hesab olunmur. Çünki bu onların psixologiyasına mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, lakin qan yaddaşımız olan 20 Yanvar, Xocalı kimi tarixi faciələrimiz barəsində uşaqlara məlumat vermək olar: “Lakin bunun da müəyyən yolları var ki, bu zaman uşağın yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Ailəsində ölümlə bağlı faciələri olan uşaqlarda bu cür günlərdə travma yaranmasına səbəb olur. Buna görə də bu cür məlumatlar şəkillər olmadan, müəllimlər tərəfindən müəyyən səhnəciklər hazırlanaraq, şeirlər, nağıllar vasitəsilə çatdırılmalıdır. Lakin yuxarı sinif şagirdlərinə açıq şəkildə məlumatı çatdırmaq olar. Hətta şəkilsiz məlumatlar insanlarda o qədər də dərin informasiyaya sahib olmağa imkan yaratmır. Bu səbəbdən də yuxarı sinif şagirdlərinə şəkillərdən də istifadə edərək qan yaddaşımızı çatdırmaq olar.

Qızların psixikası ilə oğlanlarınkı fərqlidir. Bu cür məlumatlar oğlanlarda kin yaradırsa, qızlarda isə emosionallığa səbəb olur. Buna görə də bunların hər biri mütləq şəkildə nəzərə alınmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə