“Səs” qəzeti daim dövlətçiliyi müdafiə edib” MÖVQE

“Səs” qəzeti daim dövlətçiliyi müdafiə edib” MÖVQE

Əvvəlcə, "Səs" qəzetinin 32 illik yubileyi münasibətilə bütün kollektivi və Baş redaktor, hörmətli Bəhruz müəllimi təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram. Digər qəzetlərlə müqayisədə "Səs" qəzetinin özəl üstünlükləri olduğunu qeyd etmək lazımdır. Qəzetin rəhbərliyi və kollektivi bütün dövrlərdə daim dövlətçiliyi müdafiə edib. Qəzet yarandığı gündən Ermənistanın ölkəmizə qarşı işğalçılıq fəaliyyətini və onların xarici havadarlarının ifşa olunmasını diqqətdə saxlayıb. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Beyləqan özünümüdafiə batalyonunda düşmənə qarşı döyüşərkən, Beyləqan-Xocavənd cəbhəsində gedən döyüşlər barədə "Səs" qəzeti müntəzəm döyüş xəbərləri dərc edib. 1992-ci ilin fevralında erməni quldur silahlı dəstələri tərəfindən Salakətin, Qaradağlı və ondan sonra törədilən digər faciələr barədə operativ məlumatları ilk dərc edən qəzetlərin sırasında "Səs" qəzeti olduğunun şahidiyəm. 2016-cı ilin aprel döyüşləri və 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın Şanlı Ordusunun və Orduya rəhbərlik edən Ali Baş Komandanın Ermənistana qarşı döyüşlərdə əldə etdiyi möhtəşəm qələbənin ölkə və dünya ictimaiyyətinə normal təqdim olunmasında "Səs" qəzeti kollektivinin gərgin əməyi qeyd edilməlidir. Bir sözlə, "Səs" qəzeti fəaliyyət göstərdiyi 32 il ərzində çox şərəfli və çətin yol keçib. Qəzet bu gün də çətin və şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan dövlətinin demokratik inkişaf yolunda daha böyük uğurlara nail olması üçün bundan sonrakı fəaliyyətində "Səs" qəzetinin kollektivinə müvəffəqiyyət arzu edirəm!

Tapdıq Abbas

“Paralel” qəzetinin baş redaktoru

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə