- “Səs” qəzeti yarandığı gündən ölkə mətbuatında xüsusi yeri, xalq-dövlət arasında əlaqələrin inkişafı üçün nəzərəçarpacaq fəaliyyəti ilə seçilib. 32 il az müddət deyil. Və bu müddətdə siyasi kursunu dəyişməyən azsaylı mətbu orqanların arasında “Səs” qəzetinin adının olması çap mediamızın tarixində təqdir edilir.
“Əlincə” Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlayan qəzet 1992-ci ildə 91 ziyalının Heydər Əliyevə müraciəti və həmin müraciətə cavabı məhz “Səs” qəzetində dərc edilmişdi. Bu, “Səs” qəzetinin güclü iradəyə, mütərəqqi ideyalarla fəaliyyət göstərməsindən irəli gəlirdi.
Bu gün 32 yaşlı “Səs” qəzeti inkişaf tarixini yaşayır. Əminəm ki, bundan sonra da “Səs” dövlətçiliyimizin keşiyində duracaq, cəmiyyətin maarifləndirilməsində öz sözünü deməyi bacaracaq.
“Səs” kollektivini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Alqış Musayev,
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB