Taksi şirkətləri hava şəraitindən niyə sui-istifadə edir? - EKSPERT İZAH ETDİ

Taksi şirkətləri hava şəraitindən niyə sui-istifadə edir? - EKSPERT İZAH ETDİ

Son günlər qarlı hava şəraiti ilə bağlı taksi qiymətlərində kəskin artım müşahidə olunur. Belə ki, normal vaxtda 3-4 AZN olan gediş haqqı indi 13-14-15 AZN-dır. Təbii ki, ünvana görə də qiymətlərdə fərq var. Bəs, qiymətlərin belə kəskin şəkildə artması nə dərəcədə doğrudur? Bu nə vaxta kimi davam edəcək? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, taksi qiymətləri dəyişən tarifdir: “Düzdür, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı tələblərində tövsiyə olunan qiymətlər var. Orada orta qiymət belədir ki, taksi sifariş edərkən 1.50 AZN-dan başlayır, daha sonra gedişhaqqı orta qiymət olaraq 1 km- ə görə 50 qəpik götürülür. Lakin bu fiks qiymətlər deyil. Ümumiyyətlə, taksidə fiks qiymətlər olmur. Məsələn, günün saatlarına, iqlim şəraitinə və mövsüm xarakterinə görə qiymətlər dəyişir. Tələb artdıqca qiymət artır və tələb azaldıqca qiymət də azalır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə