Hava şəraiti ilə bağlı respublika üzrə neçə yol qəzası baş verib? - QURUM RƏSMİSİ AÇIQLADI
“Ötən gecə respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 ölüm faktı qeydə alınıb”. Bu sözləri SİA-ya açıqlamasında BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev deyib.
Onun sözlərinə görə, qarlı hava şəraiti ilə bağlı Quba, Qusar, İsmayıllı və Xızı rayonlarında ümumilikdə 5, ölüm və xəsarətlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib: “Ölüm faktı qeydə alınmayıb”.
Rövşən Tağıyev sözlərinə belə davam edib: “Qeyd etmək istəyirəm ki, bölgələrdə, eləcə də rayonlararası yollarda BDYPİ-nin bütün əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Aayda-nin çoxsaylı texnikası gecə boyu yolun təmizlənməsində iştirak edib. Eyni zamanda, İsmayıllı-Şamaxı yolu üzrə müəyyən bir hissə yük avtomobilləri və sərnişin avtobusları üçün təhlükəli hesab olunduğundan həmin nəqliyyat vasitələri üçün alternativ yol üzrə istiqamət verilmişdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB