"İmzalanmış sərəncamlar inqilabi dəyişikliklərin davamı kimi tarixə yazılır” - DEPUTAT ŞƏRH ETDİ

"İmzalanmış sərəncamlar inqilabi dəyişikliklərin davamı kimi tarixə yazılır” - DEPUTAT ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi sərəncamların hər ikisi Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, vətəndaşların rifahının yüksəldilməsinə istiqamətlənmiş əhəmiyyətli sərəncamlar kimi qiymətləndirilməlidir. Hər birimizə məlumdur ki, cənab Prezidentin verdiyi sərəncamla ölkəmizdə minimum əməkhaqqı 345 manat, əmək pensiyaları isə 280 manat oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bunlar hər bir Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına, dövlət tərəfindən təminatının yüksəldilməsinə istiqamətlənmiş addımlardır: “Eyni zamanda qeyd etmək lazımdır ki, bu ilk sərəncam deyil. Biz artıq uzun illərdir ki, davamlı olaraq vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində ard-arda dövlət rəhbəri tərəfindən atılan addımların, imzalanan sərəncamların və həyata keçirilən layihələrin şahidi oluruq. İmzalanmış bu sərəncamlar da bir daha ölkəmizdə sosial sahədə həyata keçirilən inqilabi dəyişikliklərin davamı kimi tarixə yazılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə