Məktəblər qarlı havaya görə fəaliyyətinə fasilə verir? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

Məktəblər qarlı havaya görə fəaliyyətinə fasilə verir? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

Bildiyimiz kimi, ölkədə qarlı hava şəraiti hökm sürür. Əgər bu hava şəraiti kəskin şəkildə davam edərsə, məktəblərdə dərslərə fasilə verilə bilər? Belə bir hal mümkündürmü? Ümumiyyətlə hava ilə bağlı məktəblərdə hər hansı güzəştlər edilib? Mövzu ilə vağlı SİA-ya təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi açıqlama verib.

Onun sözlərinə görə, təbii ki, əgər hava şəraiti yolların bağlanması ilə nəticələnərsə, konkret olaraq kəskin hava şəraiti, yaxud şaxtanın olması nəqliyyatın hərəkətini iflic vəziyyətə salarsa, həmçinin məktəblərdə isitmə sisteminə təsir göstərərsə, şagirdlərin davamiyyəti aşağı düşərsə bu zaman məktəblərin bir neçə günlük bağlanmasına Elm və Təhsil Nazirliyi tərəfindən qərar verilə bilər: “Amma hal-hazırdakı vəziyyətdə belə hal yaşanmadığı üçün dərslər davam edir. Vəziyyət kəskinləşərsə, dərslərin bağlanması gözləniləndir. Buna Təhsil haqqında qanunvericildə də icazə verilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə