DYP əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər

DYP əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər

Dövlət Yol Polis əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər.

Bu barədə SİA-ya Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, respublika yollarında DYP əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir:

"Avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstərirlər. Yolda qalan avtomobillərə kömək göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə