Şuşaya 10 sm qar yağıb

Şuşa şəhərində qar yağmaqda davam edir.

SİA-nın məlumatına görə, hazırda şəhər ərazisinə təxminən 9-10 sm qar yağıb.

Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.

Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə