Sürücülər qarlı hava şəraitinə necə hazırlıq görməlidir? - QURUM RƏSMİSİ AÇIQLADI
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata uyğun olaraq 8 Yanvar tarixindən Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişilməsi nəzərdə tutulub. Meteoroloji şəraiti nəzərə alaraq sürücülərdən xahiş edirik ki, ilk öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, belə ki, təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silgəclərinin, eyni zamanda xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təhlükəsiz şəraitdə, ara məsafəsi gözlənilməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər: “Bir daha sürücülərdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsinin tam sazlığını diqqətdə saxlamağı xahiş edirik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB