“Artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək” - QURUM RƏSMİSİ AÇIQLADI
“Minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu həm özəl, həm də dövlət sektoruna aid edilir". SİA xəbər verir ki, bu sözləri “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Eyni zamanda minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB