Bayram günlərində neçə yanğın hadisəsi baş verib? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Bayram günlərində neçə yanğın hadisəsi baş verib? - QURUMDAN AÇIQLAMA VERİLDİ

Məlum olduğu üzrə, artıq 2023-cü il daxil olub. Bəs, yeni il daxil olandan bəri ölkədə neçə yanğın hadisəsi baş verib? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 170 yanğına çıxış, 26 köməksiz vəziyyətdə qalma, 3 nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışların nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, çoxmərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi zamanı 1 nəfərin və nəqliyyat qəzaları zamanı aşkar olunan 2 nəfərin meyitləri aidiyyəti üzrə təhvil verilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə