Braziliya və Kolumbiya prezidentləri Amazonun qorunmasını müzakirə edirlər
Kolumbiya prezidenti Qustavo Petro Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silva ilə Amazon cəngəlliklərinin gələcəyi haqqında danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, andiçmə mərasimindən sonra paytaxt Braziliyada Silva ilə görüşən Petro həmkarı ilə “Amazon və təmiz enerji” məsələlərini müzakirə edib. Kolumbiya prezidentliyinin internet saytında verilən açıqlamada iki liderin iki ölkə arasındakı əlaqələri, həmçinin Amazonda meşələrin qırılmasına qarşı alınacaq tədbirləri müzakirə etdiyi bildirilib. Silva ilə görüşün fotosunu Twitter hesabında paylaşan Petro, "Amazon meşələrini bəşəriyyətin xeyrinə xilas etmək böyük bir işdir" dedi. ifadəsini işlətdi. Silva ilə Amerika qitəsində təmiz enerji qaynaqlarından daha konstruktiv istifadə mövzusunda danışdığını ifadə edən Petro Braziliyanın həm də Kolumbiyada sülhün qarantı olduğunu bildirib. Silvanın əvvəlki prezident ifrat sağçı Jair Bolsonaronun dövründə meşələrin qırılmasının pik həddə çatdığı Amazonda bölgə ölkələrinin iştirakı ilə Amazon sammiti təşkil edəcəyi paylaşılıb. Braziliyada 31 oktyabr 2022-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn solçu eks-prezident Silva yanvarın 1-də and içib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB