Daxili işlər naziri Qəbələdə bölgə vətəndaşları ilə görüşəcək

Daxili işlər naziri Qəbələdə bölgə vətəndaşları ilə görüşəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 26-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yanvarın 25-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə