“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” təsdiq edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturunu” təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı qərarı nazir Rəşad Nəbiyev imzalayıb.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB