Pirotexniki maddələrin istifadəsi nə dərəcədə təhlükəlidir? - ARAŞDIRMA
Əsrlər boyu pirotexniki vasitələrdən müxtəlif rituallarda, ayinlərdə və mərasimlərdə istifadə edilmişdir. İlk fişənglər qədim Çində çıxarılıb. O vaxtlar bambuk borulardan pirotexniki vasitələr hazırlanır, içərisinə partlayıcı qarışıqlar qoyulurdu.
Orta əsrlərdə Avropada pirotexniki vasitələr istehsal olunmağa başladı. Müxtəlif modellərin kütləvi istehsalı 20-ci əsrin ikinci yarısına təsadüf edilir. Pirotexniki məhsullardan gələn təhlükələri nəzərə alaraq onlar məcburi sertifikatlaşdırılmalıdır. Bayramın faciəyə çevrilməməsi üçün satın almadan əvvəl məhsulun sertifikatlaşdırıldığına əmin olmaq vacibdir. Uşaqların "partladan” adlandırdığı pirotexniki vasitələrin ölkəyə gətirilməsi qanunla qadağan olunsa da, hələ də ölkəyə müxtəlif yollarla gətirilir. Hətta onlara qarşı mübarizə tədbirləri gücləndirilsə də, müəyyən satış məntəqələri var ki, orada tapmaq mümkündür.
Hazırda bu maddələrin ölkəyə gətirilməsinə nəzarət varmı?

SİA mövzu ilə bağlı araşdırma edib.
Partlayıcı maddələr o qədər kütləvi hal alıb ki, artıq hər il istər Yeni il, istərsə də Novruz bayramlarında insanlar arasında istifadə edənlərin şahidi oluruq. Adı qədər insanların səhhətlərində də ciddi narahatlıq yaradır.Təzə çıxan vaxtı səsi nisbətən zəif idi, son zamanlarda isə səsi o qədər yüksək gəlir ki, ürəyi xəstə, şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələrə çox pis təsir edir. Sonradan bu məsələ müzakirələrə səbəb oldu, hətta iş o yerə gəldi ki, qanunda dəyişiklik edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni bir maddə əlavə edilib. Əvvəllər qanunda göstəriş yox idi deyə, buna qarşı mübarizə aparmaq bir az çətin bir vəziyyət almışdı. Sonradan inzibati qanunvericilikdə bu hal öz əksini tapandan sonra, ona qarşı mübarizə tədbirləri də güclənməyə başlayıb. Pirotexniki məmulatların satışı Nazirlər Şurasının qərarı ilə tənzimlənir. Partladıcı maddələrin müxtəlif növləri mövcuddur. Elə maddələr var ki, zərbə dalğası olmadığı üçün sadə şəkildə istifadə edilə bilər. Bunlara qığılcımlar, fişənglər və s. aiddir.
Elə vasitələr də var ki, yalnız küçədə, insanlardan və strukturlardan təhlükəsiz məsafədə işə salınır.

Səs-küy effektinə görə fişənglər bayramlarda daim adətə çevrilib. Bir çox fişəng növləri mərmi qabığına bənzəyir. Hamısı da bir-birindən partlayışın gücü və təsiri ilə fərqlənir.
Xatırladırıq ki, fişənglər dəsti saz vəziyyətdə olmalı və bütün zəruri tələblərə uyğunluq sertifikatına malik olmalıdır. Son istifadə tarixinə diqqət yetirmək önəmlidir. Bir qayda olaraq, bu cür mallar 3 ildən çox olmayaraq saxlanılır.
Belə maddələri yanacaq anbarlarının, binaların yaxınlığından, meşələr və elektrik xətlərindən, binaların içərisindən, körpülərdən, nəqliyyat qovşaqlarından, tarixi tikililərin və milli parklardan uzaq yerlərdə istifadə etməlidir.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev: "Partlayıcı maddələrin, priotexniki vasitələrin ümumiyyətlə bugünkü dövriyyədə satışı ölkəmizdə qanunla qadağandır. Bu kimi vasitələrin satışı xüsusi lisenziya əsasında icazə ilə həyata keçirilir. Təbii ki bunun da özünün xüsusi istifadəsinə dair təhlükəsizlik qaydaları var ki, istifadə zamanı mütləq şəkildə riayət olunmalıdır.
Belə məhsulların saxlanılması, daşınması, istifadəsi yalnız xüsusi qaydada həyata keçirilməlidir. Ancaq əfsuslar olsun ki, məhsullar bəzi işbazlar tərəfindən ölkəyə qeyri-qanuni yollarla gətirildiyindən onun təhlükəsizlik sertfikasiyasının olub-olmaması sual altında qalır. Bu cür məhsulların xüsusilə uşaqlar tərəfindən istifadəsi olduqca təhlükəlidir. Çünki uşaqlar bilmirlər onu hansı qaydada istifadə etmək, harada saxlamaq lazımdır. Bəzən valideynlərdən xəbərsiz, gizlincə əldə edirlər və evdə saxlayırlar. Nəzərə almaq lazımdır ki onun tərkibində olan partlayıcı maddələr ev şəraitində isti yerdə də alışmağa, partlamağa meyillidir. Ona görə də uşaqlara bu cür vasitələrin nə dərəcə təhlükəli olduğunu izah etmək lazımdır. Xüsusən bu cür vasitə bayram günlərində, kütləvi tədbirlərdə daha çox təhlükəlidir. Bu vasitələr qığılcımdan, partlayışdan sonra kəskin qoxuya səbəb olur ki bu da insanların səhəti üçün çox təhlükəlidir. Qapalı məkanlarda istifadəsi olduqca təhlükəlidir. Dəfələrlə şahid olmuşuq ki, bu cür vasitələrin istifadəsi insan həyatına soy qoymaqla, yanğınlar yaratmaqla nəticələnib".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB