Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı keçirilib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sosialyönümlü layihələr reallaşdırmağa davam edir. Fondun növbəti belə layihələrindən biri də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həyata keçirilib. SİA xəbər verir ki, 29 dekabr 2022-ci il tarixində DSMF tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 10 nəfər əlilliyi olan istedadlı benefisiara fəaliyyətlərinə dəstək məqsədilə lazımi avadanlıqlar təqdim olunub, birgə layihələrdə fəal iştirakına görə Mərkəzin bir qrup əməkdaşı və benəfisiarlarına təşəkkürnamələr verilib.
Layihə çərçivəsində Mərkəzin benefisiarlarının ifasında maraqlı konsert proqramı və onların əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil edilib.
Qeyd edək ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əməkdaşları ildə bir dəfə – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində əhalinin həssas qrupları ilə sosialyönümlü dəstək layihələri reallaşdırır. Onlar əvvəlki illərdə də fiziki məhdudiyyəti olan şəxslərin əl işlərinin və rəsm əsərlərinin sərgi-satış yarmarkasının təşkilində fəal iştirak ediblər. Filial tərəfindən bu ənənə 2022-ci ildə də davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB