Narkotik vasitələrdən necə qurtulmalı? -SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
"Sizin qoyduğunuz məsələ və sualın özü yalnız Azərbaycan coğrafiyası, regionu üçün yox, qlobal səviyyədə bütün dünyanı maraqlandırmalıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Asif Bayramov deyib.
Onun sözlərinə görə, narkotik maddələrin yayılması və istifadə olunması məsələsi yalnız müəyyən qrupların, müəyyən şəxslərin iradəsində və maraqında olan bir məsələ deyil. Bilirsiniz ki, dünyanın idarə olunmasının müxtəlif modelləri mövcuddur. Daha çox bu modelləri quran və onun başında duran əsasən Qərb ölkələridir. Son dövrlərdə dünyada meydana çıxan beynəlxalq hüquq normaları, beynəlxalq qaydalar əslində heç də müxtəlif cəmiyyətlərin demokratikləşməsinə yox, dünyanın qlobal səviyyədə daha rahat idarə olunmasına yönəlmiş prinsiplərdir. Narkotik vasitələrdən istifadə faktoru bütövlükdə dünyanın idarə olunması modelinin tərkib hissəsidir. Onun arxasında çox dərin və qlobal güclər dayanır. Ona görə də narkotik maddələrin istifadəsi və yayılması növündə mübarizə hər bir milli dövlətin bir-başa milli problemi, milli məsələsidir. Onun başında birinci növbədə dövlətin şəxsən özü və onun müvafiq strukturları dayanmalıdır. Yalnız hüquq mühafizə orqanları yox, bütövlükdə cəmiyyətin müvafiq strukturları bu mübarizədə əlindən gələni etməlidir. Hətta bu mübarizə də səhiyyə təşkilatları, təhsil qurumları, mədəniyyət nzairliyi və digər qurumlar bura öz dəstəyini verərək bu mübarizəyə daxil olmalıdır. Çünki bilirik ki, istənilən bir dövlət narkotik maddələrin daxil olması və yayılması məsələsində hələ ki, ən mükəmməl mexanizmi qura bilmiyib. Bunu hətta öz dövlətimizin daxilində də görə bilərik ki, Azərbaycanın bir çox bölgələrində narkotik vasitələrdən istifadə edənlərin sayı statistik baxımından arta-arta gedir. Bu o deməkdir ki, Azərbaycana daxil olan narkotik vasitələrin miqdarı artır. Onun yayılmasından maraqlı şəbəkənin fəaliyyəti məhdudlaşdırıla bilmir. Deməli bununla bağlı mübarizədə biz yeni bir cəbhə açmalıyıq. Bu cəbhə ideoloji cəbhə olmalıdır. İdeoloji cəbhənin başında dayanan isə digər qurumlardır. Əsasən Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və digər qurumlar bu ideoloji mübarizədə öz dəstəylərini verməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB