2023-cü ildə bankların kredit sistemində dəyişiklik olacaqmı? - İQTİSADÇI EKSPERT AYDINLIQ GƏTİRDİ

2023-cü ildə bankların kredit sistemində dəyişiklik olacaqmı? - İQTİSADÇI EKSPERT AYDINLIQ GƏTİRDİ

"Mən düşünürəm ki, gələn il banklarda kredit verilməsi ilə bağlı yeniliklər olmayacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu sistem uzun illər boyu işləyən bir mexanizmdir. Bankların verdiyi faiz dərəcəsi bu günə kimi hesablanıb nəyə əsas gətirir bank sektorları. Belə demək olarsa yaranan risk dərəcələrinə əsasən faiz dərəcəsi yüksək olmalıdır. Bildiyiniz kimi Azərbaycanda bir çox məsələlərdə 10 il əvvəl xüsusi ciddi problemlər var idi. İnsanlar öz gəlirlərini göstərə bilmirdilər. Bu səbəbdən də müəyyən problemlər yaşanırdı. İndinin özündə də bu problemlər var. Məsələn rəsmi maaşla bağlı, sahibkarlar maaşları az yazdırırlar və ya vətəndaşın aldığı maaşla , rəsmi maaş arasında ciddi fərq ola bilir. Bununla bağlı bir çox parametrlər hesablanır və orada risk dərəcəsi əmələ gəlir. Ona görə müəyyən məsələlərdə ödəmə faizləri çox olur. Düşünürəm ki, 2023-cü ildə elədə ciddi bank sistemində dəyişiklik olmayacaq. Amma bu istiqamətdə hər hansı bir dövlət tərəfindən tətbiq olunan proqram və ya mexanizm üst limitlər müəyyən olunarsa ancaq bu halda bu istiqamətdə düzəliş oluna bilər".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə