Küçə heyvanlarına qarşı işgəncələrin qarşısı necə alınmalı? - ARAŞDIRMA
Bir çox heyvan həyatını könülsüz olaraq küçədə keçirir. Şəhərin müxtəlif yerlərindəki xüsusilə pişiklər və köpəklər çətinliklərlə mübarizə aparmalı olurlar.
Bəzi insanların isə sahibsiz heyvanlara qarşı aqressiyası bitib tükənmir. Demək olar ki hər gün sosial mediada sahibsiz heyvanların amansızcasına öldürülməsi və ya onlara ağır işgəncələrin verilməsinə dair görüntülərlə qarşılaşırıq. Əlbəttə, bu hal istər sosial şəbəkələrdə, istər mətbuatda, istərsə də cəmiyyətdə ciddi qınaq predimetinə çevrilir.
Küçə heyvanlarını bu kim təhlükələrdən necə qorumalıyıq?
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Dünya Heyvanları Mühafizə Cəmiyyətinin açıqlamasına görə heyvan sığınacaqları ildə təxminən 100.000 dollara başa gəlir. Dünyada ən böyük və məşhur sığınacaqlardan biri Riqadakı "Sahibsiz İtlər Ölkəsi"dir. Bir çox ölkələrdə evsiz heyvanlara qulluq etməklə məşğul olan agentliklər mövcuddur. Məsələn, Çexiya kimi dövlətin vətəndaşları yiyəsiz it, pişik görəndə evsiz heyvanlar üçün xidmətdə olan "Qaynar Xətt"ə zəng edirlər. Əgər onlardan cavab yoxdursa, itə yeni sahib tapmaq üçün polis saytlarında fotoşəkillər yerləşdirilir.

Dünyada, eləcə də Azərbaycanda küçə heyvanları haqqında yerli icra hakimlərinin səlahiyyətləri var ki yəni sahibsiz heyvanları xüsusi sığınacaqlara yerləşdirsinlər və həmən heyvanlara quduzluğa qarşı xüsusi preparatlar vurdursun. Müəyyən mənada bu işdə də problemlər yaranır. Təbii ki bu kimi hallar təkcə Azərbaycanda deyil, eləcə də dünyada da baş verir. Heyvanlara şiddət ailədaxili tərbiyədən də irəli gəlir. Valideynlər diqqətli olmalıdırlar ki uşaqları gigiyenik tərəfdən qorumaq istəyərkən onlara heyvanları pis murdar bir canlı kimi təbliğ etməsinlər. Tam əksinə onlara heyvanlara qarşı sevgi hissini aşılamalıdırlar. Heyvanlara təhlükə yaratmasan onlarda insanlara toxunmazlar. Valideynlər uşaqları heyvanlara müdafiə etməyi aşılamalıdırlar ki uşaqlarda yetişkin olduqda nəinki heyvanları eləcə də köməksizlərə müdafiə duyğusu güclənsin. Beləcə də tədricən heyvana zorakılıq halları azalacaq və mərhəmət duyğusunun təməli bu davranışlarla qoyulacaq.
Bir çox heyvanlar şəhərdəki sıxlıq səbəbindən hər şeydən qorxurlar. Onların üzərinə gələn nəqliyyat vasitələri, onlara qarşı pis rəftar edən insanlar və s. Sahibsiz heyvanların ən az su və yemək qədər sevgi və məhəbbətə ehtiyacları var. Bu reallığı uşaqlara erkən yaşlarından aşılamaqla, böyüdükdə yaxşı heyvansevər bir fərd olmalarını təmin etmək lazımdır.

"Canlı Aləmin Mühafizəsi" İctimai Birliyin müavini Mənsurə Rəsulzadə: "Mütəmadi olaraq nəzarət olmadığı üçün küçə heyvanlarına qarşı daim işgəncələr olunur. Doğrudur, onlara şiddət göstərənlərə qarşı tədbirlər görülür, amma həps cəzası yoxdur. Heyvanlara şiddət göstərən, onlara zərər verəcək nələrisə edən, öldürən insanları 500-1000 manat cərimə gözləyir. Qeyd olunan cərimələrində yerinə yetirib-yetirilmədiyi məlum deyil. Əslində heyvanlara qarşı belə amansız işgəncələr verənlərə daha ağır cəzalar tətbiq etməlidirlər ki, daima belə hallarla rastlaşmayaq. Bu işgəncələr təkcə küçə heyvanlara qarşı yox, eyni zamanda "Qırmızı kitab"a düşən canlılara da tətbiq edilir. Hazırda ov alveri çox yayılıb, pulu götürüb ov edirlərlərsə, bu təbiətə həm də cəmiyyətə qarşı cinayətdir. Şikayətlər daim olur. Evdə heyvan saxlayan insanlar var ki, bəslədikləri heyvanları küçəyə çıxardırlar. Küçədəki heyvanlar instentiv olaraq onlara hücumlar edir. İnsanların şikayətləri əsasında həmişə bir şey durur: "Bunlara da bir çarə qılın". Yəni onlar daha çox öz təhlükəsizliklərini düşünərək bunu tələb edirlər. Həm heyvanların əziyyət çəkməməsi, həm də insanların rahat yaşamaları üçün onların qayğısına qalmalıyıq. Bəzi qurumlar var ki, gəlib onları özləri məhv edirlər. Öncələr bu işlə Dövlət Baytarlıq Xidməti məşğul olurdu. Avropa Konvensiyasına qoşulmuşuq və bu konvensiyanın tələblərindən irəli gələn işləri həyata keçirmək üçün qurumlar məşğul olmalıdır.
Baytarıq xidməti tək Bakıda yox, bütün rayonlarda mövcuddur. Başda gələn layihə bütün bölgələrə aid olunmalıdır. Layihənin içərsində tələblər, büdcə, iş ştatı, ərazilər, saxlama məntəqələri müəyyən olunmalıdır. Həmçinin müəyyən qurumlar da öz üzərinə düşən öhdəliklərini insanlıq naminə, cəmiyyət naminə həyata keçirməlidir. 2007-ci il mayın 30-dan konvensiyaya qoşulduqdan bir ay sonra Prezidentin imzası ilə qərar qəbul olundu. Növbədə gələn işləri baytarlıq həyata keçirməlidir. Ümumi olaraq onların yerləşdirilməsi, sağlamlıq və qida ilə təmin olunması üçün bölgələrdə baytarlıq kilinikaları açılmalı, könüllülərin də iştirak edə biləcəyi müəyyən layihələr həyata keçirilməlidir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB