"Sürücülərimizi son dərəcə diqqətli olmağa çağırırıq" - QURUM RƏSMİSİ AÇIQLADI
"İlin sonunda paytaxt ərazisində, həmçinin respublika yollarında da hərəkətlilik artır. Paytaxtda yaşayıb rayonlarla əlaqəsi olan insanlar rayonlara səfər edirlər və ya bunun əksi olur. Bayram ərəfəsində həmişə olduğu kimi bu il də marşrutlar çoxdur və insanların hərəkət ehtiyacları artıb". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində daha çox dayanma, durma tələbləri pozulur: "Buna görə də demək olar ki, əməkdaşlarımız tam heyət şəklində yollarda hərkətin nizamlanmasına cəlb olunublar. Yəni biz bayram günlərində tam gücləndirilmiş iş rejiminə keçid edirik.
Respublikanın bölgələri, rayonlarında hərəkət edən şəxslərdən, ümumilikdə hər kəsdən tələb olunan odur ki, yuxu, istirahət rejiminə və sürət həddinə diqqət yetirsinlər. Çünki baş verə biləcək yol nəqliyyat hadisələri hər zaman sadə məsuliyyətsizlik ucbatından olur. Bayram ərəfəsini, günlərini qəzasız, problemsiz başa vurmaq üçün bir daha sürücülərimizi son dərəcə diqqətli olmağa çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB