Bakı metrosunda qatar tuneldə qalıb

Bakı metrosunda qatar tuneldə qalıb

Bakıda metroda qatarda problem yaranıb.

Bu barədə SİA-ya Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə "Xətai"-"Cəfər Cabbarlı" mənzilində baş verib.

Maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb. Maşinist qatarı dərhal saxlayıb, texniki baxış olub. Bu səbəbdən qatar 3 dəqiqə tuneldə qalıb. Daha sonra qatar təyin olunmuş zonaya çıxarılıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə