Quba rayonunun Digah kəndində yeni məktəb binası inşa olunur.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tikilən 360 şagird yerlik, üçmərtəbəli məktəb binası növbəti tədris ilinə kimi istifadəyə veriləcək.
Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə 2021-ci ilin aprel ayından başlanılıb. Hazırda məktəb binasında tamamlama işləri aparılır.
Yeni binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.
Hazırda Digah kənd tam orta məktəbinin 304 şagirdi köhnə məktəb binasının bir korpusunda təhsillərini davam etdirirlər.
Digah kəndindəki məktəbin köhnə binası 99 il öncə istifadəyə verilib. Yaşı bir əsrə bərabər binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Məhz buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur.
Hazırda Qubanın Vəlvələ və Bağbanlı kəndlərində də yeni məktəb binalarının tikintisi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB