Paytaxt sakinlərinin yeni il arzuları -SORĞU

Paytaxt sakinlərinin yeni il arzuları -SORĞU

Yeni ilə artıq sayılı günlər qalıb. Qarşıda bizi 2023-cü il gözləyir. 2023-cü ildə yeni ümidlər, yeni həyəcanlar, yeni hadisələr bizlərlə birlikdə olacaq. SİA da yeni ilin gəlişini, yeni ildə yeni arzuların və istəklərin nələr olacağını paytaxt sakinlərindən öyrənməyə çalışdı.

Paytaxt sakini Elmir Əliyev: "Bəli, artıq yeni ilə çox az bir zaman qalıb. Hər kəs kimi mən də həyəcanlıyam. 2023-cü ildən gözləntilərim çoxdur. Ümid edirəm ki, yeni ildə işlərimdə yüksəliş yaşayaram və arzu etdiyim işlə məşğul olaram. Yeni ildə hər kəsə xoş günlər arzulayıram yeni iliniz münarək olsun".

Paytaxt sakini Elmira Qafarova: "Mənim yeni ildən tək bir arzum var, o da övladlarımın və nəvələrimin canı sağlam olsun. Ölkəmiz üçün sülh əmin-amanlıq olsun. Xalqlar arasında müharibə olmasın. Allah bu ermənilərin içinə bir az xoş niyyət salsın. 2023-cü ildə hamı firavan və sağlam yaşasın".

Paytaxt sakini Həsən Seyidov: "2023-cü il eynən bu il kimi ölkəmiz üçün çox düşərli bir il olar. Ümid edirəm ki, gələn il artıq neçə müddətdir imzalanmayan sülh müqaviləsi imzalanar və sonda biz haqlı qələbəmizi əldə edərik. Mən özümə bu yeni illə bağlı tək arzuladığım şey isə cansağlığıdır və imkan olarsa, bir az da maddi vəsaitdir".

Paytaxt sakini Ramin Quliyev: "Yeni ildən mənim gözləntilərim çoxdur, ümid edirəm ki, 2023-cü ildə hər şey bizim üçün yaxşı olar. Sosial-İqtisadi yaşamımızda az da olsa irəliləyiş olar və bol sevincli günlər görərik. 2023-cü ildə tıxacların azalmasını ümid edirəm. Ən əsas arzularımdan biri də 2023-cü ildə işlərim yaxşı olsun və həyata keçirə biləcəyim arzularımı reallaşdıra bilim.

Paytaxt sakini Ülkər Babayeva:"Ümid edirəm ki, 2023-cü il xalqımız üçün düşərli və gözəl bir il olar. Həyatımızda yeni dəyişikliklər olsun. Bunu da etmək bizim öz əlimizdədir. Ümid edirəm ki, 2023-cü ildə övlad həsrəti gözləyən hər bir şəxs övlad sahibi olar. 2023-cü ildən gözləntim övladlarımın və yoldaşımın sağlam olması və həyata sevinclə yaşamalarıdır".

Paytaxt sakini Elbrus Qasımov: "2023-cü ildən ən böyük arzum torpaqlarımızın tamamilə düşmən tapdağından azad olunmasıdır. Uzun müddətdir ki, Şuşada olan aksiyamız gələn il inşallah bizim qələbəmizlə sona çatsın. Özümlə bağlı arzum isə işlərimin qaydasına düşməsi, bir də inşallah xeyir işimi eləmək istəyirəm. Hər birinizin yeni il bayramını təbrik edirəm.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə