Yeni ildə metroların fəaliyyətində nə dəyişikliklər olacaq? -QURUM RƏSMİSİ AÇIQLADI
"Ümumiyyətlə, sərnişindaşıma fəaliyyətlərində Nazirlər Kabinetinin pandemiya dövründə verdiyi qərarlar ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə metronun fəaliyyəti ilə bağlı yeni dəyişikliklərin olması gözlənilir. Bildiyimiz kimi, pandemiya müddəti yenidən artırılaraq mart ayının 1-nə qədər davam edəcək. Bununla bağlı məhdudiyyət olmayacağı təqdirdə, sərnişindaşıma fəaliyyətində hər hansısa bir dəyişiklik edilməsi gözlənilmir. Sadəcə olaraq, qrafiklə bağlı monitorinqlərin olması öz axarı ilə gedəcək və sərnişin axınına uyğun olaraq müvafiq tənzimləmələr həyata keçiriləcək. Əsas yeniliklərdən biri də bu qeyd etdiklərim olacaq".
Qurum rəsmisi onu da bildirdi ki, bayram günləri ilə əlaqədar müzakirələrimiz davam etdirilir. "Sonuncu məlumatlarımızı toplayaraq sabahdan metrolarda hansı qrafik tətbiq olunacağı bütün media nümayəndələrinə açıqlanacaq. Bayram günlərində çox güman ki, yeni il günü də gücləndirilmiş iş qrafikində işçilərimiz fəaliyyət göstərəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB