Valideynlər uşaqlara cəza tədbirləri gördükdə nələrə diqqət etməlidir? -PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Valideynlər uşaqlara cəza tədbirləri gördükdə nələrə diqqət etməlidir? -PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Valideynlər uşaqlara cəza tədbirləri gördükdə bunlara diqqət etməlidir. 3-6 yaş arası uşaqlarda, yəni ikinci yeniyetməlik dövrünə gedəcək dövrü nəzərdə tuturuqsa, valideynlər 10 sözə yaxın müəyyən kriterik sözlərdən istifadə etməməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, elə sözlər var ki, ümumiyyətlə onlar uşaqlara deyilməməlidir. Yəni onların şəxsiyyət keyfiyyətlərini aşağı sala biləcək, onlarda özgüvən hissini zədələyə biləcək sözlər uşaqlara deyilməməlidir. Nədir bəs bu sözlər? "SƏNDƏN ADAM OLMAYACAQ", "ELƏ ATANIN TAYISAN", "OXŞAMIŞLARINA OXŞAMISAN" bu cür tipli sözlərdən qaçmaq və onlardan valideynlərin istifadə etməməsini tövsiyə edirik. İstər ziyalı ailələrdə olsun, İstərsə də heç oxumayan bir ailə olsun, onlar bu sözlərdən istifadə etməməlidir. Son dövrlər özümüz də görürük ki, ailələrdə boşanma halları, xəyanətlər və s. bunun kimi səbəblər uşaqların psixologiyasına çox böyük təsir edir. Bu ailələrdə olan uşaqlarda hansısa problemlər baş verir hər zaman. Artıq 4-5 yaşında uşaq icra proseslərində, qarşılaşmada, üzləşmədə həmin o mühitin sərt üzü ilə qeyd etsək görərik ki, həmin uşaqlar sanki birdən-birə böyüyüb, lakin boy cəhətdən balaca qalıblar. Buna görə də, övladlarımızın münasibətlərimizdə onlara qoyduğumuz qadağaların və ya cəzaların növü disiplinli şəkildə olmalıdır. Nəyisə öyrətmək, onlara səhvlərini izah etmək istəyəndə və yaxud da övladımızı necə görmək istəyiriksə öncə onu düzgün şəkildə yetişdirməyimiz lazımdır. Çünki yetişdirməyə bacarmadığımız övlad da cəmiyyətə ötürmüş olduğumuz zəhərli bir maddə olur. Həmin o zəhərli maddənin içərisində zəhərli insanlar, zərərli vərdişlər vardır. Ona görə də uşaqları yetişdirərkən çox diqqətli olmalıyıq və onlara cəza tətbiq etdikdə onları çox incitməməliyik".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə