"Mərkəzdə 14 fəaliyyət istiqaməti üzrə təlimlər keçirilir" - MƏRKƏZ DİREKTORU AÇIQLADI
“Bu günə qədər mərkəzimizə 500-ə yaxın vətəndaş müraciət edib. Onlardan hazırda 292-i nəfəri bizim benifisiarımızdır”. SİA xəbər verir ki, bu sözləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmin şəxslər 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edə bilərlər: “Bir benefisiarımız bir neçə istiqamət üzrə təlimlərdə iştirak edə bilər. Eyni zamanda təlimçilər tərəfindən təlimlər və benefisiarların inkişafı barədə daim yazılı məlumat verilir. Sonda isə təlimi müvəffəqiyyətlə başa vuranalara sertifikat verilir. Sertifikatın verilməsinin əsas səbəbi isə işlə təmin olunmasına kömək etməkdir. Hansı ki, biz də onları müəyyən istiqamətlər üzrə yönləndiririk. Eyni zamanda təlimçilərimiz içərisində də əlilliyi olan şəxslər var.
Öz mərkəzimizdə teatr qrupu yaratmışıq və iki tamaşa təqdim etmişik. Bununla bərabər konsertlər də keçiririk və konsertləri izləyən bəzi şirkət nümayəndələri onların peşəkarlığını çox bəyənirlər. Daha sonra isə qonarar qarşılığında bizim benefisiarlarımızın çıxış etməsini istəyirlər. Yəni hər bir formada əslində onların işlə təmin olunmasına da kömək edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB