Daha 2 minik və 19 təminat avtomobilinin sərbəst keçidi təmin olundu
Dekabrın 27-da Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasının 16-cı günündə bu yoldan Rusiya sülhməramlılarına məxsus 2 minik və 19 təminat avtomobilinin sərbəst keçidi təmin olunub. SİA xəbər verir ki, avtomobillərdən 2-si Laçından Xankəndiyə, qalan 19-u isə əks istiqamətdə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, yolun Şuşa şəhəri ərazisindən keçən hissəsində təşkil olunan aksiya humanitar məqsədlər üçün istifadə edilən avtomobillərin hərəkətinə heç bir maneə törətmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB