2023-cü ildə ictimai nəqliyyatda nə kimi dəyişikliklər olacaq? -QURUM RƏSMİSİ AÇIQLADI
"2023-cü ildə də Agentlik tərəfindən şəhərin müntəzəm sərnişindaşıma sahəsində müxtəlif istiqamətlərdə işlər aparılması planlaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.
Onun sözlərinə görə, təhlükəsiz və keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətimizdədir. Marşrutların fəaliyyətləri təhlil olunaraq xətlərə yeni nəqliyyat vasitələrinin cəlb edilməsi, istismara yararsız avtobusların daşımalardan kənarlaşdırması həyata keçiriləcəkdir. Artan əhali coğrafi arealı da nəzərə alınmaqla, şəhərin ictimai nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, mobillik imkanlarının daha da artırılması istiqamətində işlər görüləcəkdir. Qiymətlərin artırılması və ya bu sahədə tarif tənzimlənməsi Agentliyin səlahiyyətlərinə aid deyil. Bununla bağlı müvafiq qərar Tarif şurası tərəfindən həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB