Uşaq evlərində yeni ilə necə hazırlaşırlar? - İCTİMAİ BİRLİYİN RƏHBƏRİ AÇIQLADI
"Uşaq evlərində və sığınacaqlarda yeni illə bağlı tədbirlər də gözəl keçirilir. Dövlət müəssisələrində əyləncələr daha maraqlı olur". Bu sözləri SİA-ya açıqlamasında Qadın və Uşaq Sığınacağının rəhbəri, "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, dövlət özü bu əyləncələri təşkilində maraqlıdır və onu daha da rəngarəng etməyə çalışırlar. Yeni il günündə yeni mərhələyə keçid, müxtəlif proqramların təşkil olunmasında dövlətimizin dəstəyi çox güclüdür. O cümlədən elə dövlət müəssisələri var ki, məsələn mədəniyyət sahəsində olan müəssisələr uşaqlar üçün yeni il proqramlarını təşkil edirlər ki, internat və sığınacaqlarda olan uşaqlar üçün rahat olsun və onlara pulsuz biletlər göndərirlər. Amma bəzi sığınacaqlar xüsusi maliyyələşmə ilə ayaqda durduquna görə, daha çox vətəndaşlarımızın müxtəlif yardımlar, proqramlar və görüşlər keçirilər. Bu formatda əhali o qədər fərqlidir ki, belə məqamlarda uşaqları tək qoymur və onların əyləncələrinin təşkili üçün, onların hədiyyələrinin alınması üçün əllərindən gələni edirlər və buna da xüsusi həssaslıqla yanaşırlar. Bununla bağlı xalqımız həqiqətən fəxr edə bilərlər. Kimsə buna öhdəlik kimi yox, ürəyindən gələn bir vəzifə kimi yerinə yetirir və hər il bizim mənim rəhbəri olduqum sığınacaqımızda hər il insanlar müxtəlif hədiyyələrlə, maraqlı proqramlarla sığınacaqa gəlir və uşaqların ehtiyaclarını, arzularını, istəklərini reallaşdırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB