"2022-ci il Azərbaycan mediası üçün yadda qalan il oldu" - AÇIQLAMA

"2022-ci il Azərbaycan mediası üçün yadda qalan il oldu" - AÇIQLAMA

“2022-ci il Azərbaycan mediası üçün kifayət qədər yadda qalan hadisələrlə xarakterizə olunur. Bu ilin ən yadda qalan hadisəsi Azərbaycanda “Media haqqında yeni qanun”un qüvvəyə minməsidir”. Bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin dekabrında parlament tərəfindən qəbul olunan “Media haqqında qanun” 2022-ci ilin fevral ayının 8-də Cənab Prezidentin Sərəncamı ilə artıq qüvvəyə minmiş və icraya başlamışdır: “Qanunun qəbul olunması və icrasına başlanılması Azərbaycan mediası üçün kifayət qədər mühümdür, vacibdir və Azərbaycan mediasının peşəkarlaşması, peşəkar medianın imkanlarının genişləndirilməsi həmçinin jurnalistkanın çərçivələrinin bilinməsi üçün vacib bir məqamdır. Bu qanunun qəbul olunması peşəkar media ilə sosial şəbəkə arasındakı fərqləri bir daha təsbit edir və peşəkar xəbər istehsalı ilə məşğul olan yəni jurnalistlərin imkanlarını artırılması üçün şərait yaradır. Bu baxımdan, biz bu qanunun qüvvəyə minməsini icrasının başlamasını həm də Azərbaycanda peşəkar medianın inkişafına verilmiş bir töhfə kimi də qiymətləndirə bilərik. Eyni zamanda, həmin qanuna əsasən bu il Azərbaycanda media reyestri tətbiq olunur. Media reyestrinin tətbiq olunması bu reyestrdə düşən KİV qurumları və jurnalistlər üçün yeni imkanlar yeni şəraitlər yaradır və bu belə deyək ki, ilin ən mühüm hadisələridir. Azərbaycanda bu ildə jurnalistkanı və KİV-in inkişafı üçün dövlət proqramı icra olunub. Azərbaycan KİV subyektlərinə eyni zamanda, jurnalistlərinin sosial iqtisadi maddi durumlarının yaxşılaşdırılması, rifah halının inkişaf etdirilməsi üçün kifayət qədər addımlar atılıb”.

M.Ələsgərli bildirdi ki, dövlət Media Agentliyi vasitəsi ilə KİV subyektlərinə və jurnalistlərə kifayət qədər dəstək verib ki, onlar həm peşəkarlıqlarını artırsınlar institutlaşsınlar və inkişaf etsinlər: “Eyni zamanda, bu il büsbütün Azərbaycanda jurnalistlərin peşəkarlığının artırılması üçün keçirilən təbdirlər baxımından yadda qalır, çox saylı konfranslar, seminarlar təlimlər keçirilib ki, bu da jurnalistlər üçün artıq peşəkarlıq kurslarının sistemli bir hala düşdüyünün göstəricisidir. O cümlədən bu il alternativ fikir mənbələrinin alternativ informasiya mənbələrinin inkişaf etməsi baxımdan yadda qalır. Azərbaycanda peşəkar media və KİV subyektləri ilə yanaşı həm də alternativ fikir mənbələri inkişaf etdirilir. Bu baxımdan, biz sosial şəbəkələrin inkişafını qeyd edə bilərik. Bu il Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı artıq 5 milyon nəfəri keçib ki, bu da ölkə əhalisinin yarıdan çoxunun artıq sosial şəbəkələrdə sərbəst fəaliyyət göstərməsinin, sərbəst fikir paylaşım etməsinin bir göstəricisi kimi qeyd oluna bilər. Beləliklə 2022-ci ildə həm Azərbaycanda peşəkar media qurumları, KİV subyektləri jurnalistlər eyni zamanda, alternativ fikir mənbələri də kifayət qədər inkişaf ediblər və öz yerlərini mövqelərini möhkəmləndiriblər. Ölkədə həm də jurnalistika sahəsində 2022-ci il həm də qayda qanun yaradılması baxımından yadda qalıb. Həm media reyestrinə düşmək üçün həm də müsabiqələrdə iştirak etmək üçün əmək müqavilələrinin, əmək stajının, əmək münasibətlərinin rəsmiləşdirilməsini tələb olunması imkan verib ki, ölkədə jurnalistika sahəsində əmək münasibətlərinin rəsmiləşdirilməsi işi də qaydaya düşsün. Beləliklə biz 2022-ci ili medianın inistutlaşsı, peşəkarlaşması və imkanlarının artırılması inkişafı baxımından dinamik il kimi qeyd edə bilərik. 2022-ci ildə yadda qalan hadisələrdən biri də Azərbaycanın media subyektləri ilə türkdilli dövlətlərin media subyektləri arasında əlaqələrin inkişaf etdirilməsinin mühüm bir göstəricisi kimi qeyd edə bilərik. Bu dövrdə Azərbaycan mediası ilə Türkiyə mediasının əməkdaşlığının inkişaf etdirilməsi həm də ümumilikdə türk dünyası türk dövlətlər təşkilatına üzv olan dövlətlərin media subyektləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni-yeni platformalar, yeni-yeni əməkdaşlıq müqavilələri ortalığa gətirilmişdir bu da Azərbaycanın bir tərəfdən türk dünyası türk dövlətlər təşkilatlarında media subyektlərlə əməkdaşlıq imkanlarını artırır, həm də onların bir növü beynəlxalq əlaqələrin inkişafına töhfə vermiş olur. Hesab edirik ki, bu dinamika ilə inkişaf etməklə Azərbaycan mediası kifayət qədər milli hədəflərə töhfə vermiş olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə