“Son 4 ildə 12 reabilitasiya müəssisəsi istifadəyə verilib”

“Son 4 ildə 12 reabilitasiya müəssisəsi istifadəyə verilib”

“Son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb”. SİA xəbər verir ki, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzinin açılması nəzərdə tutulub: “Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə