“Bu il 56,7 min şəxsə əlillik təyin edilib. Cari il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilməsi həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib: “Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB