Sağlam şəkildə çəki almaq üçün nə etmək lazımdır ? -MÜTƏXƏSSİS DANIŞDI

Sağlam şəkildə çəki almaq üçün nə etmək lazımdır ? -MÜTƏXƏSSİS DANIŞDI

“Hər bir insanın özünə uyğun normada bədən çəkisi olur. Əgər hər hansısa bir insan kökələ bilmirsə və yaxud az çəkidən şikayət edirsə, birinci növbədə həkim müayinəsindən keçmək lazımdır. Burada məqsəd hər hansısa daxili bir problemin olub-olmadığını araşdırmaqdır. Xüsusilə də şəxsin endokronoloji problemi yoxdursa, bu zaman qidalanma ilə məsələni həll etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, sağlam formada çəki almaq üçün ilk növbədə yemək miqdarı və onları nə vaxt qəbul etdiyimizə diqqət etməliyik: “Eyni zamanda bu ərəfədə hansı qidaları qəbul etməyimiz də olduqca vacib məsələdir. Çünki bəzən insanlar kökəlmək üçün karbohidrat tərkibli qidalara üstünlük verirlər. Bu isə tez bir zamanda çəkinin artmasına kömək etsə belə, sağlamlıq baxımından heç də faydalı hesab olunmur. Kilo almaq istəyənlər yaxşı olar ki, günə su ilə deyil, ayran və ya kefir ilə başlasınlar və mütləq şəkildə səhər yeməyi yeyilsin. Səhər yeməyində hər hansısa bir şirin tərkibli meyvə qəbulu da olmalıdır. Buna misal olaraq banan, xurma, alma, armud və s. bu cür şirin meyvələri aid edə bilərik. Gün ərzində mütləq şəkildə üç və yaxud 4 dəfə yemək yeyilməlidir. Bu yemək aralarında isə ən azı 3 saat ara vermək lazımdır.

Eyni zamanda gündəlik zülal miqdarı da qəbul olunmalıdır. Bu da hər kq bədən çəkisinə görə 1-1.5 qr şəklində zülal hesab olunur. Gün ərzində, xüsusilə də səhər yeməyində bir qaşıq bal və ya ev şəraitində hazırlanmış meyvə cemlərindən də istifadə olunmalıdır. Bütün bunlardan əlavə su qəbuluna da fikir vermək lazımdır və təxminən gün ərzində 8-9 stıkan su qəbul etmək vacibdir. Yaxşı olar ki, kilo almaq istəyənlər yemək qəbul edərkən şorbalardan istifadə etməsin, birbaşa ana yeməyə keçilsin. Yeməklə birlikdə su qəbuluna yol vermək olmaz. Bunlarla yanaşı kilo almaq istəyən şəxsin fərdi xüsusiyyətləri, fiziki aktivliyi və s. da nəzərə alınmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə