“Şəhid ailələri və əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev verilib”
“Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının bir istiqaməti kimi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300, ümumilikdə ötən dövrdə isə 13100 mənzil və fərdi ev verilib”. SİA xəbər verir ki, bu sözləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verildiyini qeyd edib. Keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB