“Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb

“Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb

"Himayədar ailə" qayğı modeli ilə bağlı işlər yekunlaşıb. Hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib”. SİA xəbər verir ki, bu sözləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Altsistem də yaradılıb: “Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə