Kiber hücumlarının qarşısı necə alınmalıdır? - TEXNOLOQ ŞƏRH ETDİ
"Kiber təhlükəsizlik informasiyanın qorunması, xüsusən rəqəmsal platformalar vasitəsi ilə insanların şəxsi məlumatlarının oğurlanması mövzuları son vaxtların ən önəmli mövzularındandır". Bu sözləri SİA-ya açıqlamasında texnoloq Orxan Rzayev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Məsələn sosial şəbəkə hesablarının oğurlanması bir neçə məşhur problemdən sonra baş verir. Hansı ki, bir çoxlarımızın qarşısına çıxır. İstifadəçilər sosial mediada paylaşım edirlər, "mən 2023-cü ildən nə qazanacam", "hansı məşhur şəxsə oxşayuram", "2023-də məni nə gözləyir". Bunun kimi maraqlı görsənən paylaşımlar var ki, orada insanlar öz profilini daxil edir və bunun da nəticəsi olaraq onun şəxsi məlumatlarını asanlıqla əldə etmək olur. Bu tipli mobil və ya veb tətbiqlərin əksəriyyəti fırıldaqçılıq xarakterlidir. Yəni bu tipli tətbiqlər olduqca təhlükəlidir. İnsanlar o tətbiqdən istifadə etmək üçün öz şəkillərini və ya məlumatlarını, sosial şəbəkə vasitələri ilə öz şifrələrini daxil edirlər və məlumat vermiş olurlar. Belə olduqda isə bu platforma əgər təhlükəli xarakter daşıyırsa onların məlumatları avtomatik olaraq oğurlana bilir. Bundan sonra onların hesabına daxil olunur, onların şifrələri və şəxsi məlumatları ələ keçirilir. Bu tipli ilk görünüşdən maraqlı olan tətbiqlər və platfotmalar gördükdə mümkün qədər bunlardan uzaq durmaq lazımdır".
Texnoloq fikrlərinə davam edərək bildirib ki, digər bir kiber problem isə insanların kart məlumatlarının oğurlanması və onlardan pulların çəkilməsidir. "Bununla bağlı ən məşhur hadisə budur ki, insanlar kimdənsə ödəniş almaq istəyəndə qarşı tərəfə kart məlumatını göndərirlər. Belə olan halda onlar həm 16 rəqəmli kodu, həm də kartın bitmə vaxtı olan kodu yəni ayı və ili göndərirlər. Bu çox yanlış bir haldır. Çünki bir şəxsə pul ötürmək üçün yalnız kartın 16 rəqəmli kodunu bilmək kifayət edir. Bununla da karta pul göndərmək olur və ay və il olan koda ehtiyac olmur. Ancaq bəzi şəxslərə hətta deyilir ki, kartın arxasındakı 3 rəqəmli kodu da göndərin. Bu da çox yanlış bir addımdır. Məlumatsızlıqdan bəzi şəxslər bunu edir və sonda kartlarında olan ödənişlər birdən-birə silinir. Düzdür bəzi banklar məcburi şəkildə, bəzi şəxslər özləri təhlükəsizlik tədbirlərini gücləndirir deyə, ödəniş etmək istəyəndə kart sahibinin nömrəsinə kod gəldiyi üçün xakerlərin pulu çıxarmağı çətinləşir. Amma bəzi saytlar var ki, orada 16 rəqəmli kodu və ay/il məlumatlsrını daxil etmək kifayət edir ki, o kartdan ödəniş olunsun. Bu kimi hadisələrin qarşısını almaq üçün insanlar son dərəcə özlərini qorumalı və ehtiyat etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB