Soçidə Şah İsmayıl Xətainin həyat və fəaliyyəti barədə təqdimat

Soçidə Şah İsmayıl Xətainin həyat və fəaliyyəti barədə təqdimat

Rusiyanın Soçi şəhərində Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunmuş tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Dostluq” Həmvətənlərə Dəstək Mərkəzinin təşkil etdiyi tədbirdə soydaşlarımız və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Soçidəki Azərbaycan diasporunun sədri İlqar Səlimov qonaqları salamlayıb və tədbirin məqsədindən danışıb.

Sonra diasporun gənclər qanadının üzvlərinin Şah İsmayıl Xətainin həyat və fəaliyyəti barədə hazırladığı təqdimat nümayiş etdirilib. Onun Azərbaycan dövlətçiliyinin yaradılmasındakı tarixi roluna, bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazdığına diqqət cəlb edilib.

Tədbir Xətainin şeirlərin səsləndirilməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə