"Bayraktar"-ın Azərbaycanda istehsalı müsbət addımdır - POLİTOLOQ ŞƏRH ETDİ

"Bayraktar"-ın Azərbaycanda istehsalı müsbət addımdır - POLİTOLOQ ŞƏRH ETDİ

"Bayraktar şirkətinin Azərbaycanda rəsmi fəaliyyətə başlaması çox gözəl bir haldır. Bu şirkətin yaradılması onu göstərir ki, Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü xarici siyasətə uyğun gələn bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə də keçmiş MDB məkanında ilk dövlətdir ki, özünün sənaye istehsalı formasında Bayraktar şirkəti ilə birlikdə istehsal edəcəklər. Bunun nəticəsi olaraq Azərbaycan müdafiə sənayesinində qüdrətini artıracaq. Azərbaycan özünün təminat məsələsində də insansız uçuş aparatlarını xaricdən yox, özümüz istehsal edib öz ordumuza bu aparatları təmin edəcəyik. Azərbaycan bunu Türkiyə ilə bərabər istehsal etməklə əvvəlcə tərəfdaş dövlət olmağımızı təmin edəcəyik. Bu Bayraktarların istehsal olunması digər bir nöqtədən nəzər yetirsək görəcəyik ki, bizim üçün yeni bir gəlir növü olacaq və iqtisadiyyatımıza çox güclü təsir edəcək. Bu əməkdaşlığın qurulması çox müsbət bir addımdır. Bu işi görənləri və həyata keçirənləri təbrik etmək lazımdır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə